SIĞORTA

20 Avqust

Aqrar Sığorta Fondunun 2025-də ödənişləri 55% artıb

Finss.az – 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu fermerlərə və kənd təsərrüfatı təsərrüfatlarına ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 55 faiz çoxdur.

Fondun açıqlamasına görə, hesabat dövründə qurum tərəfindən 13 milyon 115 min manat sığorta haqqı toplanıb ki, bu da 2024-cü ilin ilk yarısı ilə müqayisədə 18 faiz artım deməkdir.

Əkin sahələrinə ən çox ziyan vuran hadisələr arasında dolu (65%), fırtına (17%), sel-subasma (15%)leysan yağışları (2%) üstünlük təşkil edib.

Ekspertlərin sözlərinə görə, kənd təsərrüfatında risklərin sığortalanması fermerlərin gəlirlərinin qorunmasına və aqrar sektorun davamlı inkişafına mühüm töhfə verir.